Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda elektrik enerjisinin paylanması üzrə investisiya inkişaf proqramının operativ hazırlanması üçün 800 min dollar həcmində qrant ayıracaq. Bu barədə Teleqraf.com-a AİB-dən məlumat bildirilib.
Texniki yardımın göstərilməsi barədə saziş mayın 15-də imzalanıb və elə həmin gün qüvvəyə minib.
Məlumata görə, investisiya proqramının dəyəri 750 milyon dollardır. Bu vəsait bank tərəfindən 3 tranşda (hər biri 250 milyon dollar üzrə) təqdim ediləcək. Azərbaycan hökumətinin bu layihədə iştirak payı 250 milyon dollardır.