Bu ilin yanvar-aprel aylarının nəticələrinə görə, Azərbaycan xarici ölkələrə 3 milyard 142 milyon 587.88 min kubmetr qaz ixrac edib.
Publika.az Caspian Barel-in ekspertlərinə istinadən bildirir ki, bu da keçən ilin müvafiq dövrünün göstəricisindən 2% çoxdur.
Gömrük bəyannamələrində göstərilib ki, qaz ixracı 107 milyon 25,37 min dollar dəyərində 674 milyon 314.43 min kubmetr təşkil edib. Beləliklə Azərbaycan ilin əvvəlindən min kubmetr qazı 158,72 dollara satıb.
Xatırladaq ki, ”Şahdəniz” yatağından ixrac edilən qaz gömrük orqanlarında rəsmiləşdirilmir. Buna görə də, Dövlət Gömrük Komitəsinin statistikasına ancaq SOCAR-ın Gürcüstan və İrana (Naxçıvana swap-tədarük) tədarük etdiyi qaz düşüb. Xatırladaq ki, SOCAR texniki səbəblər üzündən Rusiyaya qaz ixracını ötən ilin ortasından tam dayandırıb.