Serbiya ABŞ-ın Rusiya qazından asılılığının azaldılması və Azərbaycan qazının Avropaya çatdırılması layihəsinə yönəlmə ilə bağlı çağırışlarını qəbul edir.
Trend-in məlumatına görə, bunu Serbiyanın Baş naziri Aleksandr Vuçiç Assosiated Press-ə müsabihəsində deyib.
O qeyd edib ki, Serbiya qaz tədarüklərini şaxələndirməyə hazırdır.