31 May 2015 11:45
951
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Hesablama Palatası dövlət borclarını idarəetmə strategiyasının yaradılmasını təklif edib.

Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin plenar iclasında deyib.

Onun sözlərinə görə, ölkənin yüksək templə olmasa da artan dövlət borclarını nəzərə alaraq, hökumət belə bir strategiya qəbul etməlidir: “Bu, həmçinin dövlət borclarının daha yaxşı idarə edilməsini təmin etmək və onun xidmətinə xərclənən vəsaiti azaltmaq baxımından məqsədəuyğundur”.

V.Gülməmmədovun qeyd etdiyi kimi, ötən il dövlət büdcəsinin xarici borclarının limiti 87,3 faiz, daxili borclarının limiti isə 19,9 faiz yerinə yetirilib.

2014-cü ildə Azərbaycan hökuməti beynəlxalq maliyyə-kredit təşkilatları ilə 978,3 milyon dollarlıq 12 kredit sazişi imzalayıb.

Trend


Müəllif:

Oxşar xəbərlər