3 İyun 2015 21:05
732
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Son üç ayda Azərbaycan manatı nisbətən möhkəmlənib".

İqtisadçı Rövşən Ağayev Mərkəzi Bankın valyuta ehtiyatlarının son 10 ayda ilk dəfə artması ilə bağlı Facebook səhifəsində şərh verib.


Bu artımı müsbət proses adlandıran iqtisadçı artımın 3 səbəbdən baş verdiyini düşünür: "Birinci, ilin ilk 3 ayına nisbətən may ayında neftin hər barrelinin orta hesabla 10 dollardan çox bahalanması, ikinci, valyutaya çevrilə biləcək likvid manat kütləsinin mübadilə prosesinin başa çatması və bir mərhələdə xarici valyutaya tələbin doyması. Nəhayət, üçüncü səbəb ölkədən kənara valyuta axınının kəskin azalması. Əgər bu amillər dəyişməz qalarsa, yaxın aylarda manatın sabitliyini qorumaq problem olmayacaq".


İqtisadçı yaxın dövrdə manatın sabitliyinə mənfi təsir edəcək əsas səbəbləri də açıqlayıb.

Onun sözlərinə görə, neftin qiyməti yenidən 50-55 dollara və daha aşağı düşür, aşağı qiymət səviyyəsi ən azı 5-6 ay davam edir; Artıq dollara tələbat yaradacaq likvid manat kütləsi demək olar ki, yoxdur: Özəl sektor və bank sistemi adına götürülən xarici borcların qaytarılma qrafikindən və həcmindən də çox şey asılıdır. Məsələn, heç bir mənbədə rəsmi inforrmasiya yoxdur ki, yaxın 6 ayda ölkədən kənara xarici borc olaraq nə qədər vəsait qaytarılmalıdır. Rusiya Mərkəz Bankı belə məlumatları daim açıqlayır. İkinci çatışmayan məlumat kənardan alınacaq xarici borcların məbləğidir. Məsələn, son illər hər il bank sektoru və hökumət kənardan orta hesabla 1.5 - 2 milyard borc cəlb edib. Məlumat üçün deyim ki, 2014-cü ildə alınan xarici borcların həcmi 2.5 milyard dollara yaxın olub. 2015-ci il və sonrakı aylarda bu borcun məbləğinin necə olacağı barədə məlumat yoxdur. Üçüncü çatışmayan məlumat isə kənara yönəldiləcək birbaşa investisiyaların və kənardan bizə gələcək birbaşa investisiyaların həcmi ilə bağlı məlumatların yoxluğudur".


İqtisadçı bildirib ki, manatın yaxın 2-3 ayda bir qədər rahat nəfəs alması üşün şərait yaranıb: "Bu ən çox dollarla krediti olan bank sektorunun və banklara valyuta krediti olan vətəndaşların maraqlarına uyğundur. Dollarla alınan idxal məhsullarını istehlak edən bütün əhali də öz yerində..."


Müəllif: