Bu ilin ilk dörd ayında Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) neft hasilatı 2 milyon 755,6 min ton olub.
Yanvar-aprel aylarında isə Azərbaycanda 14 milyon 232 min ton neft hasil olunub.
Dövlət Neft Şirkətindən Teleqraf.com-a verilən məlumata görə, apreldə SOCAR 684,2 min ton neft hasil edib. Ölkə üzrə isə bu rəqəm 3 milyon 549,3 min ton olub.