9 İyun 2015 10:53
701
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şahdəniz” yatağından “Mərhələ-1” çərçivəsində (noyabr 2006 – 1 iyun 2015) hasil edilən ümumi qazın həcmi 62 milyard kubmetr təşkil edib.

Teleqraf.com xəbər verir ki, bu barədə SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib. O qeyd edib ki, bu dövr ərzində “Şahdəniz” yatağından 16 milyon ton kondesat hasil edilib.

Onun sözlərinə görə,Şahdəniz yatağının istsimarı müddətində Gürcüstana 4.6 milyard kubmetr, Türkiyəyə isə 34 milyard kubmetr qaz tədarük edilib.


SOCAR-ın birinci vitse-prezidentin sözlərindən belə nəticə çıxarmaq olar ki,”Mərhələ-1” çərçivəsində Azərbaycan tərəfi 23.4 milyard kubmetr qaz alıb. Yəni qazın 37.7% Azərbaycan tərəfindən istifadə ediib, 62.3% isə ixrac edilib.


“Şahdəniz” layihəsi 1996-cı ildə imzalanıb. Layihənin iştirakçıları aşağıdakı şirkətlərdir: BP (operator, 28,8%), TPAO (19%), SOCAR (16,7%), Petronas (15,5%), Lukoil (10%) və NICO (10%).


Müəllif:

Oxşar xəbərlər