16 İyun 2015 21:16
712
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 13-14-də Tbilisidə baş vermiş daşqının nəticələrinin aradan qaldırılması məqsədilə həyata keçirilən tədbirlərdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Energy Georgia şirkəti də fəal iştirak edir.

SOCAR-dan Teleqraf.com-a verilən məlumata görə, təbii fəlakət zamanı həlak olanların ailələrinə dərin hüznlə başsağlığı diləklərini birincilər sırasında bildirən SOCAR Energy Georgia zərər çəkmiş paytaxt sakinlərinə yardım üçün ilkin mərhələdə 50 min lari vəsait ayırıb. Bundan əlavə Tbilisi meriyasının əhalinin sosial problemlərinin həlli ilə məşğul olan xidməti 10 000 litr yanacaqla təmin olunub. Şirkətin rəhbərliyi yardım tədbirlərinin digər variantlarını da nəzərdən keçirir.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər