18 İyun 2015 09:19
625
12 Punto 14 Punto 16 Punto 18 Punto

Neftin dünya bazarlarında qiyməti qismən düşüb.

Nyu-York və London birjasında neft fyuçerslərinin qiymətində qismən ucuzlaşma qeydə alınıb.

Neftin qiyməti bazarda yanacağın həddindən çox bolluğu fonunda enib. Buna hazırkı real ticarət məlumatları şahidlik edir.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0.19 dollar (0.32%) azalaraq 59.73 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 0.11 dollar (0.17%) ucuzlaşaraq 63.76 dollar olub.

Qeyd edək ki, "Bloomberg" dünya bazarında neftin ucuzlaşmasından sonra ABŞ, Avropa və Asiya ölkələrinin neftin satışından 900 milyard dollar gəlir əldə etdiyini, Rusiya və Yaxın Şərq ölkələrinin isə 218 milyard və 357 milyard dollar itki ilə üzləşdiyini açıqlayıb.


Müəllif:

Oxşar xəbərlər