29 İyun 2015 11:16
831
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, 3 iyul 2015-ci il tarixdə vergilər naziri Fazil Məmmədov Qazax rayonunda yerləşən Qazax Olimpiya İdman Kompleksində Qazax, Ağstafa və Tovuz rayonlarından olan vətəndaşları qəbul edəcək.

Vergilər Nzqirliyinin analitik-informasiya şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, qəbulda vergilərin hesablanması, ödənilməsi, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər və vergi ödəyicilərinə göstərilən xidmətlərlə bağlı müraciətlərə baxılacaq.

Adları yuxarıda qeyd edilən rayonlardan olan, qəbulda iştirak etmək istəyən vətəndaşlar Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzi, 14 saylı Ərazi Vergilər İdarəsi, Qazax rayonu vergi ödəyicilərinə xidmət mərkəzi, Ağstafa rayonu vergi ödəyicilərinə xidmət mərkəzi, Tovuz rayonu vergi ödəyicilərinə xidmət mərkəzi ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Qeyd edək ki, cari ilin may ayının 22-də vergilər naziri tərəfindən Şabran rayonunda vətəndaşların qəbulunun keçirildiyini, habelə iyun ayının sonunda ilk Avropa Oyunları ilə bağlı tədbir keçiriləcəyinin planlaşdırıldığını nəzərə alaraq, növbəti qəbulun əvvəlcədən elan olunduğu kimi, iyun ayının 30-da Şabran rayonuna yaxın ərazidə yerləşən Xızı rayonunda deyil, iyul ayının 3-də Qazax rayonunda keçirilməsi məqsədəmüvafiq hesab edilib.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər