29 İyun 2015 18:25
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin müvafiq əmrlərinə əsasən “Aqrolizinq” ASC-nin Masallı rayon Aqroservis filialının, “Aqrolizinq” ASC-nin Salyan rayon Aqroservis filialının və Abşeron rayon Güzdək qoyunçuluq üzrə Damazlıq Kənd Təsərrüfatı İstehsalı Müəssisəsi Məhdud Məsuliyyətli Cəmiyyətinin maliyyə-təsərrüfat fəaliyyətinin auditi aparılıb.

Kənd Təsərrüfatı Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, audit yoxlaması zamanı bir sıra nöqsan və çatışmamazlıqlara, habelə qanun pozuntularına yol verildiyi aşkar olunmuşdur. Auditin nəticələri ilə bağlı materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi qərara alınıb.

NİGAR


Müəllif:

Oxşar xəbərlər