Azərbaycan Mərkəzi Bankı istehlak kreditlərinin rəsmiləşdirilməsində bank xidmətlərinə görə, komissiya haqqını 1 faizədək azaldıb.
AMB-nin bu təlimatı bütün banklara və digər kredit təşkilatlarına göndərilib.
Bu qərarı gözləməyən banklardan Trend-ə bildiriblər ki, AMB bu təlimatı bəzi bankların yüksək komissiya ödənişi ilə izah edir ki, bu da nəticədə istehlak krediti üzrə faktiki illik faiz dərəcəsinin (FIFD) artmasına gətirib çıxarır: "Bu, bəzən bank sektoru üzrə orta FIFD-ni üstələyir".