26 May 2014 14:51
715

Bakıda Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (İOTA) İcraiyyə Şurasının 92-ci iclası işə başlayıb.

Teleqraf.com-un məlumatına görə, iclasda çıxış edən İOTA-nın prezidenti, Serbiya Vergi Administrasiyasının baş direktoru Liliyana Kovaçeviç gündəlikdə duran məsələlərlə bağlı tədbir iştirakçılarını məlumatlandıraraq qeyd edib ki, Bakıda keçirilən İcraiyyə Şurasının iclasında İOTA-nın təşkilati-inzibati məsələləri, eləcə də İOTA-nın növbəti Baş Assambleyasına hazırlıq işləri müzakirə ediləcək.

Vergilər nazirinin müavini Sahib Ələkbərov ölkəmizin vergi sistemində son illər aparılan islahatlar barədə qonaqlara məlumat verib və İcraiyyə Şurasının işinə uğurlar arzulayıb.

İclasda İOTA-nın informasiya platformasının hazırlanması, 2013-cü ildə təşkilatın texniki və maliyyə hesabatlarının, qarşıdakı il üçün maliyyə büdcəsinin, təşkilat qarşısında duran bir sıra digər aktual məsələlərin müzakirə ediləcəyi nəzərdə tutulur.

Naibə


Müəllif: