Cari ilin yanvar-may aylarında ölkədə 1 milyard 74 milyon manatlıq qida, içki və tütün məmulatları istehsal edilib.
Bu barədə AZƏRTAC-a Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumatda həmçinin qeyd olunub ki, ötən ilin eyni dövrü ilə müqayisədə qida məhsullarının istehsalı 3,8 faiz artıb, içki istehsalı 6,4 faiz, tütün məmulatlarının istehsalı isə 22,1 faiz azalıb.