8 İyul 2015 08:19
557
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avroqrup Afinanın kreditorlar qarşısında bütün öhdəliklərini yerinə yetirəcəyi təqdirdə qısa müddət ərzində Yunanıstana yeni kredit proqramını razılaşdırmağa hazırdır.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə avropalı mənbə Avroqrupun iclasının yekunlarına dair bildirib.

“Avroqrup tez bir zamanda əsas məsələni - Avropa Sabitləşdirmə Mexanizmi (ESM) tərəfindən Yunanıstana güzəştli kredit xəttinin ayrılması kimi yeni yardım proqramı ilə bağlı məsələni həll etməyə hazırdır. Biz bununla bağlı Yunanıstan hökumətinin rəsmi müraciətini gözləyirik”, deyə mənbə bildirib. Onun sözlərinə görə, bu proqramın reallaşdırılmasının əsas şərti Afinanın kreditorlar qarşısında üzərinə götürdüyü bütün öhdəliklərini yerinə yetirəcəyini təsdiqləməkdir: “Borcların qaytarılması üçün büdcədə lazımi profisitə nail olmaq üçün ölkədə əsaslı islahatlar keçirilməlidir”, deyə diplomat bildirib.

Qeyd edək ki, Avroqrupun Yunanıstanla bağlı iclası nəticəsiz yekunlaşıb.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, buna səbəb Yunanıstanın islahatlara və böhrandan çıxış yollarına dair öz təkliflərini təqdim etməməsi olub. Məlumata görə, bunu Avroqrupun sədri Yerun Deysselblum da təsdiqləyib. Onun sözlərinə görə, Yunanıstanın təklifləri iyulun 8-də təqdim edəcəyi gözlənilir.


Müəllif: