“Neft Daşları” yatağındakı 2585 nömrəli meydançadan 2594 nömrəli quyuda qazma işlərinə başlanılıb.
Teleqraf.com SOCAR-ın saytına istinadən məlumat verir ki, “Neft Daşları” NQÇİ-nin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 2330 metrdir.
Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 30 ton neft hasil olunacağı nəzərdə tutulur.