2015-ci ilin yanvar-iyun aylarında Azərbaycanda 1,48 milyon ton dizel yanacağı istehsal olunub ki, bu da 2014-cü ilin analoji dövründəki göstəricidən 21,7 faiz çoxdur. Trend xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yanvar-iyun aylarının yekunları üzrə hesabatında deyilir.
Hazırda Azərbaycanda yanacağa olan tələbatın artması ilə əlaqədar ölkədə neft məhsullarının yeganə istehsalçısı SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) mövcud emal zavodlarının modernləşdirilməsi üzrə işlər görür.
Ümumilikdə bu ilin yanvar-iyun aylarında Azərbaycanda təqribən 3,1 milyon ton neft məhsulları istehsal olunub. 2014-cü ilin analoji dövründə bu rəqəm 2,2 milyon tondan çox olub.
Azərbaycanda neft məhsullarının istehsalının ümumi cədvəli:
Neft məhsullarının istehsalı |
2015-ci ilin yanvar-iyun ayları (tonla) |
2014-cü ilin yanvar-iyununa nisbətdə (faizlə) |
Avtomobil benzini |
564,7 |
99 |
Nafta |
98,4 |
127,1 |
Kerosin |
319,4 |
100,5 |
Dizel yanacağı |
1475,2 |
121,7 |
Qazoyl |
477,5 |
2,8 dəfə |
Mazut |
45,6 |
34,9 |
Sürtkü yağı |
10,2 |
48,3 |
Neft bitumu |
69,2 |
56,2 |