24 İyul 2015 16:16
692
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Belarusun ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Nikolay Patskeviçlə görüşüb.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə Azərbaycan və Belarus arasında müxtəlif sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi, əməkdaşlığın genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin, keçirilən görüşlərin əhəmiyyəti vurğulanıb. Ş.Mustafayev ölkələrimiz arasında əlaqələrin inkişafında səfir N.Patskeviçin səmərəli fəaliyyətini qeyd edib, göstərdiyi səylərə görə təşəkkür edib, gələcək fəaliyyətində uğurlar arzulayıb. Qeyd edilib ki, N.Patskeviçin Belarusun ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri işlədiyi illər ərzində Belarusla əlaqələr daha da genişlənib.

Görüşdə iki ölkə arasında kənd təsərrüfatı, sənaye, investisiya, əczaçılıq, elmi-texniki, maşınqayırma və neft maşınqayırması avadanlıqlarının birgə istehsalı müəssisələrinin yaradılması sahəsində əməkdaşlığın genişləndirilməsi üçün imkanlar diqqətə çatdırılıb.

Belarus səfiri qəbula görə təşəkkür edib, Azərbaycanın iqtisadi inkişafından məmnunluğunu bildirib, ölkəsinin Azərbaycanla əməkdaşlığa önəm verdiyini, qarşılıqlı əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini vurğulayıb.

Naibə


Müəllif:

Oxşar xəbərlər