29 İyul 2015 12:36
681
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vergilər Nazirliyində dövlət vergi orqanlarına işə qəbulla bağlı son müsabiqə zamanı uğur qazanaraq işlə təmin edilmiş yeni əməkdaşlarla görüş keçirilib.

Teleqraf.com-un məlumatına görə, vergilər nazirinin müavini, Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar müsabiqə komissiyasının sədri, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahir Məmmədxanov yeni işə qəbul olunmuş stajçı vergi xidməti əməkdaşlarını təbrik edərək onlara işlərində uğurlar arzulayıb. Nazir müavini bildirib ki, gənc kadrların potensialından düzgün istifadə və onların peşəkarlıq səviyyəsinin daim artırılması Vergilər Nazirliyi üçün prioritet məsələlərdəndir. Sahir Məmmədxanov gənc kadrların öz üzərində daim işləmələrinin, intellektual səviyyələrini yüksəltmələrinin və fəaliyyətlərində qanunun aliliyini rəhbər tutmalarının vacibliyini xüsusi vurğulayıb.

Yeni işə qəbul olunmuş stajçı vergi xidməti əməkdaşları adından çıxış edən Vergilər Nazirliyi Aparatının Protokol bölməsinin dövlət vergi müfəttişi Fərid Salmanov istər işə qəbul zamanı, istərsə də iş prosesində yaradılmış şəffaf şəraitə, ədalətli və bərabər imkanlara görə minnətdarlığını bildirib.

Xatırladaq ki, 2005-ci ildən indiyədək dövlət vergi orqanlarına işə qəbulla bağlı 10 müsabiqə keçirililib, bu müsabiqələrdə iştirak üçün ümumilikdə 13.500 nəfər müraciət etmiş, onlardan 1.834 nəfər test imtahanı mərhələsində uğur qazanaraq müsahibə mərhələsinə buraxılıb, müsahibələrdə namizədlərdən 1.294-ü vakant vəzifələrə uyğun hesab olunaraq ehtiyat kadrlar siyahısına daxil edilib. Bu günə kimi ehtiyat kadrlar siyahısında olan namizədlərdən 1.119 nəfəri dövlət vergi orqanlarında işlə təmin olunub.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər