30 İyul 2015 08:31
768
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya “Türk axını” qaz boru kəməri çərçivəsində ilk xəttin layihəsi ilə bağlı təklifi rəsmi Ankaraya təqdim edib.

Boru kəmərinin birinci xətti üzrə Rusiya tərəfindən hazırlanan razılaşmanın mətni Türkiyəyə göndərilib. Rusiyanın Enerji Nazirliyi rəsmiləri qeyd edilən təklifin layihənin yalnız ilk mərhələsini əhatə etdiyini və layihənin digər hissələri üçün ayrı sazişlərin imzalanacağını bildiriblər.

“Türk axını” layihəsi ilə 63 milyard kubmetr Rusiya qazının Türkiyədən keçməklə Avropaya çatdırılması nəzərdə tutulur. Bu həcmin 47 milyard kubmetri Avropanın, 16 milyard kubmetri isə Türkiyənin daxili tələbatının ödənilməsi üçün istifadə olunacaq. Layihə üzrə ilk qaz nəqlinin 2016-ci ilin dekabrında həyata keçirilməsi planlaşdırılır.

Səxavət


Müəllif:

Oxşar xəbərlər