4 Avqust 2015 00:36
635
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin iyul ayı ərzində İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 115 658 müqavilə qeydiyyata alınıb. İSB-dən Teleqraf.com-a verilən məlumata görə, bunların 15 921-u xarici ölkədə qeydiyyata alınmış və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib.

Qeyd olunan dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği isə 9,5 mln. manat olub. Ötən ilin iyul ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 16%, sığorta haqlarının məbləğində isə 20% artım müşahidə edilib.

2015-ci ilin yanvar-iyul ayları ərzində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 591 minə yaxın sığorta müqaviləsi bağlanıb və bu müqavilələr üzrə sığorta haqları 45,8 mln. manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 15 faiz, ığorta haqlarının məbləğində isə 20 faiz artım müşahidə edilib.

İSB həmçinin iyul ayında nəqliyyat vasitəsinə dəyən zərər üzrə sığorta ödənişinin həcmini açıqlayıb. Belə ki, 2015-ci ilin iyul ayı ərzində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” (AVSMMİS) üzrə İcbari Sığorta Bürosunun (İSB) iştirakçıları olan sığorta şirkətləri tərəfindən 2 029 sığorta tələbi üzrə 2,5 milyon manat məbləğində sığorta ödənişi həyata keçirilib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta tələblərinin sayında 33 faiz, sığorta ödənişlərinin məbləğində isə 6,9 faiz artım müşahidə edilib. 2015-ci ilin iyul ayında nəqliyyat vasitəsinə dəyən zərər üzrə orta sığorta ödənişi 1 163 manat təşkil edib.

İyul ayında İcbari Sığorta Bürosu tərəfindən 13 kompensasiya tələbi üzrə 35 750 manat məbləğində kompensasiya ödənişi həyata keçirilib.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər