4 Avqust 2015 13:42
804
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Azərbaycan neftinin Fars körfəzi regionuna "svop" şərtlərlə tədarükünü həyata keçirməyə hazırdır.

Trend-in məlumata əsasən, bu barədə Tehranda Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevlə görüşən İranın neft naziri Bijən Namdar Zəngənə deyib.

O bildirib ki, nefti Tehran NEZ-ə İranın Xəzər dənizində yerləşən Neka limanından nəql etmək olar: "Əvəzində Azərbaycan İranın cənub sərhədlərindəki nefti əldə edəcək".

B.N.Zəngənə qeyd edib ki, artıq danışıqlara başlamaq, İrana qarşı tətbiq edilən sanksiyalar ləğv edildikdən sonra isə saziş imzalamaq və işlərə başlamaq olar.


Müəllif:

Oxşar xəbərlər