Türkiyənin “BOTAŞ” (Boru Xətləri ilə Yanacaq Daşıma) şirkəti Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinin üç gün öncə partladılan hissəsində təmir işlərinə başlayıb. Bu barədə Türkiyənin Qars valiliyindən məlumat verilib.
Məlumata görə, hadisə nəticəsində dəymiş ziyanın həcmi dəqiqləşdirilir, təmir işlərinin isə bir həftə ərzində tamamlanması planlaşdırılır: “10-15 nəfərlik qrup artıq bərpa işlərinə başlayıb. Çox güman ki, bir həftəyə işlər yekunlaşacaq və o zaman dəymiş ziyan və başqa məsələlər barəsində məlumat veriləcək”.
Qeyd edək ki, avqustun 4-də Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Qars vilayəti ərazisindən keçən hissəsində terrorçular tərəfindən partlayış törədilib. Kəmərin Türkiyə ərazisində yerləşən hissəsinin təhlükəsizliyinə “BOTAŞ” şirkəti cavabdehdir.
Səxavət