Lisenziyası iyulun 10-da Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən geri çağırılmış “Azərbaycan Kredit Bankı” ASC-nin ləğvetmə prosesinə başlanılıb.
Lisenziyanın ləğvi barədə qərar iyulun 29-da 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən qəbul edilmişdi.
Məhkəmənin qərarına əsasən, bankın ləğvedicisi qismində “Azerbaijan International Consultinq Company” MMC çıxış edir.
Ləğvetmə prosesi “Azərbaycan Kredit Bankı” ASC-nin baş ofisində - Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 167A nömrəli ünvanda həyata keçirilir.