7 Avqust 2015 17:30
1 248
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Lighthouse Group"a daxil olan GAS (Geological Assistance & Services) şirkəti "Saipem" şirkəti ilə subpodratçılıq müqaviləsi imzalayıb.

"Report"un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, GAS "Akademik Tofiq İsmayılov" adına gəmi ilə BP-nin operatorluq etdiyi Xəzər dənizində "Şahdəniz" yatağında geoloji tədqiqat işləri aparacaq.

Müqaviləyə əsasən, GAS ixracat və yataqdaxili boru kəmərlərinin quraşdırılması zamanı öz xidmətlərini təqdim edəcək.

GAS-ın açıqlamasına görə, onların funksiyası iki mərhələdən ibarət olacaq. Birincisi boru xəttinin quraşdırılması zamanı onun monitorinqini (Touch Down Monitoring) və dəniz dibinin və boru xəttinin keçdiyi yerlərin xəritələşməsini (As-Laid, As-Built and Out-of-Straightness surveys) həyata keçirəcək.
Qeyd edək ki, dərinliyi 75-550 metr arası dəyişən bu ofşor zona sahildən 90 km aralıda dənizdə yerləşir.


Müəllif:

Oxşar xəbərlər