Sentyabrın 1-4-də İstanbulda 23-cü Beynəlxalq “World Food İstanbul-2015" qida məhsulları və texnologiyaları sərgisi keçiriləcək.
“Report” Azərbaycan Sahibkarlar Konfederasiyasına istinadən bildirir ki, sərgidə 27 ölkənin şirkət və təşkilatları iştirak edəcək. Sərgidə içkilər, şəkər və un məmulatları, qoz-fındıq, şirniyyat, ədviyyat, uşaq qidaları, bitki mənşəli yağlar, təbii məhsullar, konserv, sous, zeytun yağı və zeytun, qida qatqı maddələri, dəniz məhsulları və s. ərzaqlar təqdim olunacaq.
Qeyd edək ki, Azərbaycan sahibkarları da sərgidə iştirak edə bilərlər.