15 Avqust 2015 09:42
592
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İnvestisiya Bankı Transadriatik qaz kəməri (TAP) layihəsinə 2 milyard avro ayırmağı nəzərdən keçirir.

Trend xəbər verir ki, bu barədə bankın saytında yayılan məlumatda deyilir.

Məlumatda qeyd edilir ki, TAP layihəsinə Avropa Komissiyasının prioritetli 33 enerji layihəsi daxil edilib.

Bank bildirir ki, Avropa Komissiyası qaz kəmərinin Avropa İttifaqına (Aİ) ümumi müsbət təsirini vurğulayır, belə ki, bu layihə Avropanın qaz mənbələri, marşrutları və kontragentlərin şaxələndirilməsi siyasətinə cavab verir.

Hazırda bank layihəyə kreditin ayrılmasını nəzərdən keçirir. Bu qərar hələlik bankın Direktorlar Şurası tərəfindən təsdiq edilməyib.


Müəllif:

Oxşar xəbərlər