Azərbaycanda lisenziyası iyul ayında ləğv edilmiş “Evrobank” ASC-nin ləğvetmə prosesi başlanıb.
Trend "Xalq" qəzetinə istinadən xəbər verir ki, lisenziya 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 avqust 2015-ci il tarixli qərarı ilə ləğv edilmişdi.
Məhkəmə həmçinin “Evrobank”ı müflis elan edib.
Məhkəmə qərarına əsasən, bankın ləğvedicisi qismində “Azerbaijan International Consulting Company” MMC təyin edilib.
Ləğvetmə prosesi “Evrobank” ASC-nin baş ofisində - Bakı şəhəri, Plotnikov küçəsi, 21 nömrəli ünvanda həyata keçirilir.