16 Avqust 2015 08:03
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

2015-ci ilin yanvar-iyul aylarında Azərbaycanın neft sektoruna 4,1 milyard manat investisiya qoyulub. Bu rəqəm 2014-cü ilin müvafiq dövrünün göstəricisindən 18,84 faiz çoxdur.

Teleqraf.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin 2015-ci il 7 ayının yekunlarına həsr edilmiş hesabatında məlumat verilir.

Hesabata əsasən, yanvar-iyul aylarında Azərbaycanın sənaye sahəsinə yatırılmış ümumi kapitalın həcmi 4,8 milyard manat təşkil edib ki, bu da 2014-cü ilin müvafiq dövrünün göstəricisindən 18,8 faiz çoxdur.

Bu vəsaitdən emal sənayesi sahəsinə 4,2 milyard manat həcmində sərmayə qoyulub ki, bu da 2014-cü ilin eyni dövrü ilə müqayisədə 21,5 faiz çoxdur.

Hesabat dövründə elektrik enerjisi, istilik və qaz istehsalı, paylanılması və təchizatına qoyulmuş investisiyaların həcmi 84,3 milyon manat təşkil edib. Bu, 2014-cü ilin müvafiq dövrünün göstəricisindən 49,2 faiz azdır.


Müəllif:

Oxşar xəbərlər