Dünya bazarında neftin qiyməti 4,38% ucuzlaşıb.
Trend RİA Novosti agentliyinə istinadən xəbər verir ki, ICE London qitələrarası birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində Brent markalı neftin qiyməti 3,21% ucuzlaşaraq 47,25 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI neftinin qiyməti 1 barelə görə 4,38% azalaraq 40,83 dollar təşkil edib.