Brent markalı neftin 1 barrelinin qiyməti 46 dollardan aşağı düşüb.
Teleqraf.com-un məlumatına görə, Brent markalı neft 1,7%, yəni 45,84 dollara qədər düşüb.
Neftin WTI markasının qiyməti 0,8%, yəni bir barelə 40,83 dollara qədər azalıb. Ucuzlaşan neftin fonunda avqustun 21-si Moskva birjasında dolların kursu 68 rublda qiyməti ötüb, avronun məzənnəsi isə ilk dəfə fevral ayının əvvəlində 77 rubldan yuxarı qalxıb.
Analitiklər neftin növbəti qiymətlərinin düşməsini ABŞ Dövlət Enerji İnformasiyaları İdarəsiylə bağlayıblar, çünki ölkədə avqustun 7-14 qədər xam neft ehtiyatları 2,6 milyon bareldə artıb.