Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) avrobondların buraxılışını planlaşdırmır.
Bu barədə jurnalistlərə müsahibəsində SOCAR-ın prezidenti Rövnəq Abdullayev məlumat verib. O bildirib ki, dünya bazarında neftin qiymətlərinin ucuzlaşmasına baxmayaraq SOCAR-ın avrobondların buraxılışını həyata keçirməsi gündəmdə deyil.
Xatırladaq ki, SOCAR bu ilin martında iki illik fasilədən sonra Avropa maliyyə bazarında ilk dəfə olaraq 750 milyon ABŞ dolları həcmində 15 illik avrobondlar emissiya edib.