Cənub-Şərqi Asiya milyonçuların sayına görə Şimali Amerikanı geridə qoyub.
Bu, Capgemini konsaltinq firması ilə RBC Wealth Management şirkətinin dünyanın müxtəlif yerlərində insanların rifahına həsr olunmuş hesabatından məlum olub.
Asiya-Sakit okean regionunda milyonçuların sayı 4, 69, Şimali Amerikada isə 4, 68 milyon nəfərdir.
Tədqiqatlar dekabrla fevral arasındakı müddətdə aparılıb və buna görə də bu ilin iyulunda Çin birjalarında baş vermiş səhm qiyməti azalmalarını əks etdirmir. “Biz bir neçə aydan sonra bütün bunların Çinin rifah yüksəlişinə əhəmiyyətli təsir göstərib-göstərmədiyini biləcəyik” – deyib Capgemini strateji təhlil qrupunun rəhbəri David Vilson.
Cənub-Şərqi Asiya artıq bir dəfə, 2011-ci ildə Şimali Amerikanı milyonçuların sayına görə ötüb keçmişdi.