16 Sentyabr 2015 21:22
699
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadiyyat və sənaye naziri, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İranın sənaye, mədən və ticarət nazirinin müavini, Mədənlərin inkişaf etdirilməsi və mədən sənayesinin yenidənqurulması üzrə təşkilatın (İMİDRO) sədri Mehdi Kerbasianın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Teleqraf.com-un məlumatına görə, Şahin Mustafayev ölkələr arasında əməkdaşlığın inkişafında Azərbaycan və İran dövlət başçılarının böyük rolunu qeyd edib, qarşılıqlı səfərlərin və keçirilən görüşlərin əlaqələrin genişlənməsində xüsusi əhəmiyyətini vurğulayıb: “Ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən sənayenin maşınqayırma, polad istehsalı, mədən sənayesi, əczaçılıq sahələrində əlaqələrin daha da inkişafı üçün geniş potensial var”.

Mədən sənayesi sahəsində İranın böyük təcrübəyə malik olduğunu qeyd edən Ş. Mustafayev “Azərbaycan Polad İstehsalı” Kompleksi ilə İMİDRO arasında əməkdaşlıq imkanlarını, eləcə də Azərbaycan şirkətlərinin İrana investisiya qoyuluşunda maraqlı olduğunu diqqətə çatdırıb.
M. Kerbasian ölkələr arasında sənaye sahəsində əlaqələrin genişləndirilməsi və İMİDRO-nun fəaliyyəti barədə məlumat verib. O, mədən, polad istehsalı, əlvan metallurgiya sahələrində, eləcə də İranda fəaliyyət göstərən azad iqtisadi zonalarla əməkdaşlıq imkanlarını qeyd edib, Azərbaycan iş adamlarını bu sahələrə investisiya qoymağa dəvət edib.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər