22 Sentyabr 2015 20:16
783
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisad Universitetində yeni struktur islahatları aparılıb

Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) struktur dəyişikliyi olub. ADİU-nun Elmi Şurasında qəbul edilən qərara əsasən iki fakültə və bir neçə kafedra birləşdirilib.

Universitetdən Teleqraf.com-a verilən xəbərə görə, “Uçot-iqtisad” fakültəsi ilə “Maliyyə” fakültəsi birləşdirilərək, “Maliyyə və mühasibatlıq” fakültəsi adlandırılıb.

ADİU-in “İqtisadi nəzəriyyə 1” və “İqtisadi nəzəriyyə 2” kafedraları ayrılıb. Bundan sonra “İqtisadi nəzəriyyə 2” kafedrası “Nəzəri və praktiki iqtisadiyyat” kafedrası adlandırılacaq.

“Qeyri-ərzaq malları əmtəəşünaslığı və ekspertizası” ilə “Ərzaq malları əmtəəşünaslığı və ekspertizası” kafedraları isə birləşdirilərək “İstehlak mallarının ekspertizası” kafedrası adlandırılıb.

Bundan başqa, Universitetdə “Humanitar fənnlər” kafedrası yaradılıb. Yeni kafedrada “Azərbaycan tarixi”, “Fəlsəfə” və “Politologiya” kafedraları birləşdirilib.

SEVİL


Müəllif:

Oxşar xəbərlər