23 Sentyabr 2015 13:31
880
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qatarların hərəkət sürətinin artırılması istiqamətində işlərin görülməsi ilə əlaqədar Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarları mənzil başına 48 dəqiqəyə çatır.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov Trend-ə bildirib ki, Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının mənzil başına çatma vaxtı 48 dəqiqə olub: “Sərnişinlərin nəzərinə çatdırırıq ki, Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının sürətinin daha da artırılması məqsədilə profilaktik tədbirlər həyata keçirilir, dəmir yolunun mühafizə zolağında, sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə, çəpərləmə işləri aparılır. Bununla əlaqədar elektrik qatarları mənzil başına 48 dəqiqəyə çatır. Sentyabrın 22-də gediş vaxtı 48 dəqiqə olmaqla Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarları 16 reys ediblər. Onlardan 8-i Bakı-sərnişin stansiyasından Sumqayıt-sərnişin stansiyasına, 8-i isə əks istiqamətə hərəkət edib. Profilaktik tədbirlər başa çatandan sonra elektrik qatarlarının hərəkət cədvəlinə yenidən baxılacaq, yolda olma vaxtı aşağı salınacaq”.

N.Əzməmmədovun sözlərinə görə, Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər olduqca KİV vasitəsilə vətəndaşlara məlumat veriləcək: “Bəzi mətbuat orqanlarında Bakı-Sumqayıt elektrik qatarının Siyəzənə hərəkət etməsi ilə əlaqədar olaraq bir daha bildiririk ki, qatar Bakı-sərnişin stansiyasından çıxaraq Baş Sumqayıt stansiyasına daxil olmaqla Sumqayıt-sərnişin stansiyasına hərəkət edib. Mətbuatda yazılanlar şər-böhtandan başqa bir şey deyil. Kütləvi informasiya vasitələri nümayəndələrinin diqqətinə çatdırırıq ki, belə dezinformasiyanı yaymamışdan öncə "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyi ilə əlaqə saxlayıb dəqiqləşdirsinlər”.

Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının müvəqqəti hərəkət cədvəli

16.09.2015-dən

Qatar №

Bakıdan

getmə vaxtı

Sumqayıta

çatma vaxtı

Sumqayıtdan

çıxma vaxtı

Bakıya çatma vaxtı

5405/6002

0510

0558

0640

0728

6003/6004

0530

0618

0710

0758

6005/6006

0650

0738

0755

0843

6007/6008

0750

0838

0900

0948

6009/6010

1600

1648

1710

1758

6011/6012

1725

1813

1830

1918

6013/6014

1825

1913

1930

2018

6015/9016

1925

2013

2030

2118

Qeyd: qatar Bakı-Biləcəri-Xırdalan-Sumqayıt istiqamətində və geriyə hərəkət edir.

Aparılan yenidənqurma işləri ilə əlaqədar müvəqqəti olaraq Biləcəri və Xırdalan stansiyalarında qatarların dayanması nəzərdə tutulmayıb.


Müəllif:

Oxşar xəbərlər