25 Sentyabr 2015 21:36
686
12 Punto 14 Punto 16 Punto 18 Punto

2015-ci ilin yanvar-avqust aylarında Gürcüstandan Azərbaycana 2844 minik avtomobili ixrac olunub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 4,8 dəfə azdır.

Trend-in məlumatına görə, bu barədə Gürcüstan Milli Statistika Xidmətinin 2015-ci ilin ilk 8 ayının yekunları üzrə xarici ticarət haqqında hesabatında deyilir.

Hesabata əsasən, qeyd edilən dövrdə Gürcüstandan Azərbaycana ümumi dəyəri 51,24 milyon dollar olan avtomobillər ixrac edilib.

Göstərilən dövrdə Gürcüstandan Azərbaycana ixrac olunan malların ümumi həcmində bu kateqoriyanın xüsusi çəkisi 29,7 faiz təşkil edib.

Xidmətin məlumatına əsasən, ölkənin bu kateqoriyadan olan ümumi ixracında isə Azərbaycanın xüsusi çəkisi 41,1 faiz təşkil edib.

Ötən ilin analoji dövrü ilə müqayisədə Gürcüstandan ixrac olunan minik avtomobillərinin həcmi 3,55 dəfə (dəyər baxımından), say nisbətində isə 10,95 min ədəd azalıb. Müqayisə üçün bildirək ki, 2014-cü ilin yanvar-avqust aylarında Gürcüstandan Azərbaycana 182,13 milyon dollar həcmində 13,79 min avtomobil ixrac edilib.

Ölkəyə avtomobil idxalının azalması 2014-cü il aprel ayının 1-dən Azərbaycanda tətbiqinə başlanılan Avro-4 ekoloji standartına keçidlə izah edilir. Avro-4-ün tətbiqi Gürcüstandan Azərbaycana idxal olunan nəqliyyat vasitələrinin böyük hissəsini təşkil edən köhnə avtomobillərin ölkəyə gətirilməsini məhdudlaşdırır. Avtomobillər Gürcüstana xaricdən gətirilir.

2015-cü ilin yanvar-avqust aylarında Azərbaycan ötən ilin analoji dövrü ilə müqayisədə Gürcüstandan malların idxalını 2,2 dəfə azaldıb.Hesabat dövründə Gürcüstandan Azərbaycana 172,65 milyon dollar məbləğində mal ixrac edilib ki, bu da Gürcüstanın ümumi ixracının 11,8 faizini təşkil edir.


Müəllif:

Oxşar xəbərlər