Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,79 dollar, yaxud 1,76% bahalaşaraq 45,70 dollar/barel təşkil edib.
Publika.az xəbər verir ki, "Brent" markalı neftin qiyməti isə 0,43 dollar, yaxud 0,89% bahalaşaraq 48,60 dollar/barelə çatıb.
Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 50 dollar/barel olacağı gözlənilir.
Qızılın bir unsiyasının qiyməti 0,71% ucuzlaşaraq 1 145,60 dollar təşkil edib.