2015-ci ilin 9 ayı ərzində Vergilər Nazirliyinə “Vergi işçisinin etik davranış kodeksi”nin tələblərinin pozulması (vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti yaxud hərəkətsizliyi) ilə əlaqədar 360, korrupsiya hüquqpozmaları ilə əlaqədar 146 şikayət daxil olub.
Nazirliyin analitik-informasiya şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, həmin şikayətlərin araşdırılması nəticəsində, “Vergi işçisinin etik davranış kodeksi”nin tələblərini pozmuş 11 əməkdaşın vergi orqanlarında xidmətinə xitam verilib, 6 əməkdaşın xüsusi rütbəsi bir pillə aşağı salınıb, 7 əməkdaş aşağı vəzifəyə keçirilib, 413 əməkdaşa töhmət, 133 əməkdaşa isə şiddətli töhmət verilib. Hesabat dövrü ərzində bilik və məlumatlılıq səviyyəsinin artırılması məqsədilə 1100 vergi xidməti əməkdaşı korrupsiyaya qarşı mübarizə, etik davranış, maraqların toqquşması və məlumat azadlığı məsələləri mövzusunda treninqlərə cəlb edilib.
Naibə QURBANOVA