2 İyun 2014 11:41
804
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il mayın 22-də 4 saylı Ərazi Vergilər İdarəsinin Vergi borclarının alınması şöbəsinin əməkdaşları Şamaxı şəhəri, S. Bəhlulzadə küçəsində yerləşən, fiziki şəxs Rəşad Osmanova məxsus mağazada əmlakın siyahıya alınması tədbirləri keçirib.

Teleqraf.com-un məlumatına görə, vergi ödəyicisinin fəaliyyəti vergi orqanları tərəfindən araşdırılarkən, onun 2901 manat məbləğində borcunun yarandığı müəyyən edilib, bu barədə vergi ödəyicisinə bildiriş göndərilsə də, borc qanunvericilikdə nəzərdə tutulan müddətdə ödənilmədiyindən, yaranmış vergi borcunun ödənilməsini təmin etmək üsulu kimi, Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən əmlakın siyahıya alınması haqqında qərar çıxarılıb və vergi ödəyicisinin 3871 manatlıq əmlakı, o cümlədən mülkiyyətində olan VAZ 21043 markalı avtonəqliyyat vasitəsi müəyyən edilmiş qaydada siyahıya alınıb.

Həmin gün vergi orqanı əməkdaşları Şamaxı şəhəri, Şirvan küçəsi, ev 30A ünvanda yerləşən, fiziki şəxs Rəfayıl İsmayılova məxsus və M.Ə.Rəsulzadə küçəsi, ev 12 ünvanda yerləşən Rəfayıl Binyətova məxsus mağazalarda da əmlakın siyahıya alınması tədbirlərini həyata keçiriblər.

Tədbir zamanı vergi borcları müqabilində müvafiq olaraq 1484 manatlıq və 1320 manatlıq ərzaq məhsulları və təsərrüfat malları müəyyən edilən qaydada siyahıya alınıb.

May ayının 26-da 5 saylı Ərazi Vergilər İdarəsinin Vergi borclarının alınması şöbəsinin əməkdaşları tərəfindən Şirvan şəhəri, Cənub Sənaye Qovşağı ərazisində yerləşən “Şirvan Sənaye Kombinatı-2 ASC”-yə məxsus əmlakın siyahıya alınması tədbirləri həyata keçirilib.

Vergi ödəyicisinin fəaliyyəti vergi orqanları tərəfindən araşdırılarkən, onun 47205 manat məbləğində borcunun yarandığı müəyyən edilib, bu barədə vergi ödəyicisinə bildiriş göndərilsə də, borc qanunvericilikdə nəzərdə tutulan müddətdə ödənilməyib. Borcun ödənilməsini təmin etmək üsulu kimi müəssisədəki 26500 manatlıq müxtəlif növ xammal və avadanlıq müəyyən edilmiş qaydada siyahıya alınıb.

Həmin gün Salyan rayonu, Kərimbəyli kəndində yerləşən, fiziki şəxs Məmmədov Elşad Allahverdi oğluna məxsus ərzaq mağazasında və Təzəkənd kəndində yerləşən, fiziki şəxs Arif Əhmədova məxsus “Asif” şadlıq sarayında da əmlakın siyahıya alınması tədbirləri həyata keçirilib və müvafiq olaraq 1032 manatlıq ərzaq məhsulları, 1700 manat dəyərində mebel və texniki avadanlıq siyahıya alınıb.

Naibə


Müəllif: