12 Oktyabr 2015 14:37
546
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin sentyabr ayında əhali Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Elektron hökumət” portalı üzərindən təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 236714 dəfə faydalanıb ki, bu da portaldakı bütün e-xidmətlərdən ümumi istifadənin (767616 ədəd) 30,8 faizini təşkil edir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, ötən ay nazirliyin e-xidmətlərindən yararlananların sayı əvvəlki avqust ayı ilə müqayisədə 58 faizə yaxın artıb.

Sentyabr ayında ƏƏSMN-nin “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidməti 130352 ədəd, “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidməti 81118 ədəd istifadə sayı ilə əhalinin ən çox faydalandığı e-xidmətlər sırasında ilk üçlükdə qərarlaşıblar. Nazirliyin “İş yerinə dair arayış” e-xidməti də həmin sırada yer alıb və ötən ay “E-Hökumət” portalında 9 növ e-arayış xidmətindən cəmi istifadənin 54 faizi, yəni 22856-ı məhz ƏƏSMN-nin bu e-xidmətinə aid olub.

Ümumilikdə cari ilin 9 ayında əhali ƏƏSMN-nin bütün elektron xidmətlərindən 1 milyon 660 min 824 dəfə istifadə edib ki, bu da qeyd olunan dövrdə “E- hökumət” portalı üzrə ümumi istifadə sayının 17,5 faizini təşkil edir.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər