14 Oktyabr 2015 13:18
744
12 Punto 14 Punto 16 Punto 18 Punto

200 mindən çox şəkərli diabet xəstəsi pulsuz dərmanlarla təmin olunacaq.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə deputat İlham Məmmədov deyib.

O, qeyd edib ki, bu ilki büdcədə sosial məsələlərin həlli üçün kifayət qədər vəsait nəzərdə tutulub.

İ.Məmmədov qlobal iqtisadi böhranın hökm sürdüyü bir vaxtda dünya iqtisadiyyatının tərkib hissəsi olan Azərbaycanda büdcənin tərtib olunması yüksək peşəkarlıq tələb edir: “Maliyyə naziri də qeyd etdi ki, Azərbaycan iqtisadiyyatına 2 əsas xarici amil təsir edib - xam neftin qiymətinin 2 dəfə aşağı düşməsi və region dövlətlərində milli valyutaların kəskin devalvasiyası. Ancaq ölkəmiz dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında bütün problemlərin öhdəsindən peşəkarlıqla gəlir. Azərbaycanda qeyri-neft sektorunun inkişafın davam etdirilməli, lüzumsuz xərclər aradan qaldırılmalıdır. 2016-cı ilin dövlət büdcəsinin sosial yönümlü olması insanların rifahı üçün önəmlidir. Sadələşdirilmiş vergi sisteminin tətbiq sahəsinin genişləndirilməsi kiçik və orta sahibkarlığın daha da inkişaf etməsinə şərait yaradacaq ki, bu da büdcəyə əlavə gəlirlər gətirəcək”.

Nemət


Müəllif:

Oxşar xəbərlər