16 Oktyabr 2015 19:35
732
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin biznes mühitinin daha da yaxşılaşdırılması barədə verdiyi tapşırıqların icrası olaraq, İqtisadiyyat və Sənaye Nazirliyində (İSN) geniş kollegiya iclası keçirilib.

İSN-nin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, iclasda nazirlik tərəfindən verilən əlvan metal, tərkibində qiymətli metallar və daşlar olan sənaye və istehsalat tullantılarının tədarükü, emalı, satışı və əmtəə birjası fəaliyyətinə lisenziyaların xüsusi razılıq (lisenziya) tələb edilən fəaliyyət növlərinin siyahısından çıxarılması barədə təkliflərin verilməsi qərara alınıb.

Bununla yanaşı, xüsusi razılıq (lisenziya) tələb edilən fəaliyyət növlərinin siyahısına yenidən baxılaraq, sayının azaldılması barədə ən qısa zamanda təkliflərin hazırlanması barədə qərar qəbul edilib.

Naibə QURBANOVA


Müəllif: