17 Oktyabr 2015 15:44
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

2015-ci ilin yanvar-sentyabr aylarında ölkədə 40,7 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,7 faiz çox ümumi daxili məhsul istehsal olunub. Bu barədə Trend Dövlət Statistika Komitəsinin hesabatına istinadən məlumat verir.

ÜDM-in 34,2 faizi sənayedə, 13,5 faizi tikintidə, 6,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində istehsal olunub, 38,3 faizi isə xidmət sahələrinin payına düşüb. Məhsula və idxala xalis vergilər ÜDM-in 7,5 faizini təşkil edib.

Bu dövrdə iqtisadiyyatın qeyri-neft sektorunda əlavə dəyər 6,4 faiz artıb, onun ÜDM-də xüsusi çəkisi son bir il ərzində 58,5 faizdən 68,8 faizədək yüksəlib. Ümumi daxili məhsulun 31,2 faizi isə neft sektorunun payına düşüb, bu sektorda əlavə dəyər istehsalı əvvəlki ilin eyni dövrünə nisbətən 0,1 faiz azalıb.


Müəllif:

Oxşar xəbərlər