23 Oktyabr 2015 15:42
663
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Bank ölkədə maliyyə savadlılığının artırılması məqsədi ilə hazırladığı Maliyyə savadlılığı portalını istifadəyə verib.

Teleqraf.com-un məlumatına görə, portal əhalinin müasir maliyyə alətlərindən istifadə üzrə biliklərinin artırılması, nəticədə onlarda rasional maliyyə davranışlarının inkişaf etdirilməsi və yığım mədəniyyətinin formalaşdırılmasına xidmət edəcək.

Qeyd edək ki, portalda iqtisadiyyat və maliyyə sahəsindən maarifləndirici xarakterli materiallar, bank xidmətləri və mərkəzi bankçılığa dair izahedici animasiyalar, iqtisadi məzmunlu oyunlar, virtual muzey və məktəblilər üçün rubrikalar yer alıb.

Bununla yanaşı, portal texniki cəhətdən rahat və müasir istifadə imkanlarına malikdir. Belə ki, istənilən mobil cihazlar vasitəsilə portaldakı məlumatlarla tanış olmaq mümkündür. Portaldan www.bizimpullar.az elektron səhifəsi vasitəsilə faydalanmaq olar.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər