Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,78 dollar, yaxud 1,72% ucuzlaşaraq 44,60 dollar/barel təşkil edib.
"Report"un məlumatına görə, "Brent" markalı neft isə 0,09 dollar və ya 0,19% ucuzlaşaraq 47,99 dollar/barelə bərabər olub.
Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 51 dollar/barel olacağı gözlənilir.