Gənc qızların azad sahibkarlıqla məşğul olmalarına dəstək üçün daha bir layihəyə başlanılıb.
"Gəncliyin Sosial İqdisadi İnkişafına Yardım" İctimai Birliyindən Teleqraf.coma-a verilən məlumata görə, Gənclər Fondunun dəstəyi ilə “Peşə seç- peşəkar ol!” adlı layihənin icrasına start verilib. Birliyin həyata keçirdiyi layihə bundan daha öncə Fondun dəstəyi ilə həyata keçirilən “Gənc Qadınlar Klubu” layihəsinin davamıdır. Bu barədə Birlikdən verilən məlumata görə, layihənin əsas məqsədi gənc qızların peşə seçimi, əmək bazarı və məşğulluq haqqında məlumatlılıq səviyyəsini artırmaq, azad sahibkarlıqla məşğul olmalarına dəstək verməkdən ibarətdir. Layihə çərçivəsində azad sahibkarlıqla məşğul olmaq istəyən gənc qızlarımız üçün fəaliyyətləri istiqamətində peşə seçimi ilə bağlı maarifləndirici və praktiki tədbirlər həyata keçiriləcək. Bununla bağlı onların seçdikləri peşəyə uyğun peşəkar insanlar layihəyə cəlb ediləcək və onlara peşəkarlığın sirləri öyrədiləcək. Layihə Yevlax və Mingəçevir ərazisində həyata keçiriləcək.
Belə bir layihələrin icrası nəticəsində işləmək məcburiyyəti qarşısında qalan gənclərimiz üçün yeni imkanlar yaranacaq və bu da öz növbəsində erkən nikahların qarşısının alınmasında və eyni zamanda gənclərin maddi rifahlarının yüksəldilməsində böyük rol oynayacaq.
Qeyd edək ki, 2 ay müddətində icra olunması nəzərdə tutulan layihənin hazırlıq mərhələsi olaraq artıq 120 gənc qız peşə təcrübəsinə yiyələnməsi və onlardan ən azı 15 nəfərinin şəxsi sahibkarlıq fəaliyyətlərini qura bilməsi üçüb layihəyə cəlb olunub.
NİGAR