Azərbaycanda müddəti bitmiş yaxud vaxtı ötmüş lisenziyaların verilməsinə "ASAN Xidmət" vasitəsi həyata keçiriləcək. Lisenziyaların verilməsi və nəzarəti işi isə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən aparılacaq.
"Report"un xəbərinə görə, bu barədə kənd təsərrüfatı naziri Heydər Əsədov Nazirliyin də lisenziyaların verilməsi ilə bağlı suala cavabında danışıb.
H.Əsədovun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyinin də bundan sonrakı işi lisenziyalar və ya aidiyyəti şəhadətnamələr və ya digər zəruri sənədlər verildikdən sonra, yenə də funksional vəzifələrə uyğun olaraq həmin müayinə və baxışların keçirilməsindən ibarət olacaq: "Bizim fəaliyyətimiz yoxlama xarakteri daşımayacaq".
Qeyd edək ki, Azərbaycanda "ASAN Xidmət" vasitəsi ilə müddəti bitmiş yaxud vaxtı ötmüş lisenziyaların verilməsinə noyabrın 2-dən başlanılacaq. Lisenziyaları Bakıda 5 saylı "ASAN Xidmət" və regionlardakı "ASAN Xidmət" mərkəzləri verəcək.