2 Noyabr 2015 18:59
837
12 Punto 14 Punto 16 Punto 18 Punto

SOCAR-ın “Neftqaztikinti” Tresti “Azneft” İB-nin sifarişi ilə “Qərbi Abşeron” yatağındakı 20 saylı stasionar dəniz özülündə abadlaşdırma işlərini uğurla davam etdirir.

Teleqraf.com Şirkətin saytına istinadən məlumat verir ki, əldə edilən məhsulun avadanlıqlarla əlaqələndirilməsi və xəttə ötürülməsi məqsədilə həyata keçirilən abadlıq-quruculuq işləri zamanı indiyədək 20 saylı özüllə 57 saylı özül arasında 1000 metrlik boru kəməri çəkilib, bir ədəd qazpaylayıcı batareya quraşdırılıb.

Cari ilin mart ayından başlanılmış işlərin 2016-cı ilin ilin birinci yarısına qədər başa çatdırılması nəzərdə tutulur.


Müəllif: