3 Noyabr 2015 18:51
769
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il dekabrın 7-dən 9-dək Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Səudiyyə Ərəbistanı-Azərbaycan biznes forumu keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) Teleqraf.com-a bildiriblər ki, forumda iştirak etmək üçün nazir Şahin Mustafayevin rəhbərliyi ilə biznes nümayəndə heyətinin Səudiyyə Ərəbistanına səfəri planlaşdırılır. Biznes forumda hər iki ölkədən rəsmi şəxslər və iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların iştirakı nəzərdə tutulur. Tədbir zamanı Azərbaycan nümayəndə heyətinin üzvləri ikitərəfli görüşlərdə özlərinə yeni tərəfdaşlar tapmaq və işgüzar əlaqələr qurmaq imkanı əldə edəcəklər.

Naibə QURBANOVA


Müəllif: